Xanımın alt paltarından çıxanlar polisi heyrətə gətirdi


Dünya 13 Mar 2021 15:33:00 115 0

Xanımın alt paltarından çıxanlar polisi heyrətə gətirdi

Almaniyanın Ştutqart hava limanında türkiyəli 60 yaşlı qadın saxlanılıb.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, qadın 36 min avro (43 min dollar) pulu qanunsuz şəkildə ölkədən çıxarmağa cəhd etməkdə ittiham olunub. Polisin məlumatına görə, yoxlama zamanı qadının yüklərinin arasından 13 min avro tapılıb. Ətraflı axtarışlar zamanı onun alt paltarından daha 23 min avro tapılıb. Xanımın pulu alt paltara tikməsi polisi təəccübləndirib. Həmin pullar gömrüyün hesabına köçürülüb.

Qeyd edək ki, qanuna görə, Almaniyadan başqa ölkəyə 10 min avrodan çox pul daşındıqda bu barədə gömrüyə əvvəlcədən məlumat vermək lazımdır.