Bunları yeyərək immunitetinizi güclü saxlayın


Digərləri 13 Mar 2021 15:37:00 120 0

Bunları yeyərək immunitetinizi güclü saxlayın

Son günlər koronavirus infeksiyasına qalib gəlmək üçün immunitetin yüksək saxlanması məsləhət görülür. Çünki o bizi bir çox xəstəliklərdən qoruyur, viruslarla mübarizə aparmağımıza kömək edir. Bəs görəsən, immuniteti yüksək tutan amillər və qidalar nələrdir?

Son.az Axşam.az-a istinadən immun sistemini gücləndirən məsləhətlər təqdim edir:

Suya limon, nanə və zəncəfil atıb, onu içmək immunitetə kömək olacaq. Amma onun yanında sağlam qidalanmaya da diqqət etməlisiniz.

Gündə bir dəfə meyvələrdən salat hazırlayıb yeyin. İçərisində portağal, mandalin, banan, alma mütləq olmalıdır.

Balıq yemək də orqanizmin möhkəmləməsinə kömək edəcək. Tərkibi omeqa 3 ilə zəngin olan balıq əti həm immuniteti gücləndirir, həm də orqanizmin viyamin çatışmazlığını aradan qaldırır. Eyni zamanda E vitamini ilə zəngindir.

Sarımsağın faydalarını saymaqla bitmir. Bəzən ona antibiotik də deyirlər. Bu ərəfələr isə virusları öldürməkdə sizə yardım edəcək. Sarımsaq həm də soyuqdəyməni çıxarır.

Süd məhsulları da immuniteti gücləndirəcək. Xama, qatıq, süd gün ərzində bir neçə dəfə yeyə bilərsiz.