ABŞ türk diplomatın erməni qatilini Qarabağa görə azad etdi


Dünya 13 Mar 2021 14:19:00 130 0

ABŞ türk diplomatın erməni qatilini Qarabağa görə azad etdi

Azərbaycan-Türkiyə əməkdaşlığı və II Qarabağ müharibəsindəki qələbə erməni diasporunu hərəkətə keçirdi və onlar Baş konsul Kamal Arıkanı öldürən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə nail oldular.

Son.az xəbər verir ki, bu barədə ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında türk araşdırmaçı jurnalist Güngör Yavuzaslan deyib. O bildirib ki, terrorçu Hampiq Sasunyanın azad edilməsi barədə Los-Anceles Ali Məhkəməsinin qərarı hüquqa zidd və ədalətsizdir:

"Hesab edirəm ki, Azərbaycan -Türkiyə əməkdaşlığı və II Qarabağ müharibəsindəki qələbə həm Avropa, həm də ABŞ-dakı erməni diasporunu hərəkətə keçirdi. Los-Anceles şəhərindəki erməni lobbisi bu məsələyə qarışdı və Ali Məhkəməyə terrorçunun sərbəst buraxılması barədə qərar qəbul etdirdilər. Lakin ölkəmiz bununla razılaşmayacaq və Türkiyə Ədliyyə naziri bu qərara hüquqi etiraz edəcək".

Güngör Yavuzaslan onu da qeyd edib ki, diplomatların toxunulmaz olmasına baxmayaraq, ermənilər 1973-1991-ci illərdə 58 türk vətəndaşını - 31 diplomat və onların ailə üzvlərini şəhid ediblər.