Bakıda polisi qətlə yetirən şəxsdən
Kriminal 13 Mar 2021 09:34:00 55 0
Bakıda polis polkovnikini qətlə yetirməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu xəbəri də oxu: Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Son.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəmi törətməkdə şübhəli bilinən Elmar Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Onu da qeyd edək ki, qətlə yetirilən T. Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Son.az
Türkiyəli müğənni-aktyor Əmrah boşanma ərəfəsində olduğu Sibel Ərdo

Media qurumlarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri, blogerl

Bu gündən martın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nə

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1002 yol

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

Hər kəs bilir ki, Azərbaycan dövlətinin strateji hədəflərindən olan Qar

İqtisadiyyatı üçün turizm sahəsi mühüm rol oynayan bir qrup Avropa İtti

dya yeni koronavirus növünə yoluxma hallarına görə Hindistanı qabaqlayıb

Fransa və Avstriyadan olan geoloqlar Hind Okeanın cənub hissəsində yeni bir

ABŞ-da insanlara yeni növ koronavirus infeksiyasına qarşı 100 milyondan ço

Avstraliyanın keçmiş maliyyə naziri Matias Kormann İqtisadi Əməkdaşlıq

Boliviyanın keçmiş ədliyyə naziri Ayvaro Koimbra və keçmiş energetika na

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66
