Boliviyada dövlət çevrilişi ilə bağlı iki keçmiş nazir saxlanılıb


Dünya 13 Mar 2021 07:44:00 155 0

Boliviyada dövlət çevrilişi ilə bağlı iki keçmiş nazir saxlanılıb

Boliviyanın keçmiş ədliyyə naziri Ayvaro Koimbra və keçmiş energetika naziri Rodriqo Qusman dövlət çevrilişi ilə bağlı iş üzrə istintaq çərçivəsində saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Agencia Boliviano de Information" xəbər verib.

Məlumata əsasən, ölkə prokurorluğunun verdiyi açıqlamaya görə, cevriliş 2019-ci ilin noyabr ayında baş verib.

Keçmiş məmurlar terrorizm, qiyam və sui-qəsdə təhrikçilik törətməklə ittiham olunub.