Türkiyədə son sutkada koronavirusdan 11 180 nəfər sağalıb


Dünya 13 Mar 2021 07:11:00 136 0

Türkiyədə son sutkada koronavirusdan 11 180 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 356 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 14 941 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 850 930 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 11 180 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 670 273 nəfər təşkil edir.