Bu küçədə yeni piyada keçidi quruldu


Digərləri 10 Mar 2021 18:50:00 126 0

Bu küçədə yeni piyada keçidi quruldu

Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq bağçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.

Piyada keçidinin təşkili nəticəsində:

Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;

İnşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;

Svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.