Marneulidə narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstə ələ keçdi


Dünya 10 Mar 2021 17:33:00 114 0

Marneulidə narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstə ələ keçdi

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda və Tbilisinin Poniçala (Soğanlıq) kəndində xüsusi əməliyyat keçirib.  

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Mərkəzi Kriminal Polis Departamentinin Narkoticarətlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi operativ istintaq tədbirləri nəticəsində sistematik şəkildə narkotik maddələrin satışını həyata keçirən 11 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.

Qeyd olunub ki, əməliyyat tədbirləri nəticəsində 45 bağlamada heroin və pul maddi sübut kimi aşkarlanaraq müsadirə edilib.

Saxlanılan şəxslərin barəsində qarşı külli miqdarda narkotik maddələrin qanunsuz şəkildə satın alınması, saxlanılması və əvvəlcədən razılaşdırılaraq qrup şəklində satışı maddəsi ilə cinayət işi başlanıb.

İttihamlar təsdiqini taparsa, saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.