Törətdiyi qəzanın xərcini ödəyə bilməyəcəyini deyib intihar etdi


Dünya 10 Mar 2021 14:28:00 116 0

Törətdiyi qəzanın xərcini ödəyə bilməyəcəyini deyib intihar etdi

Türkiyənin Samsun şəhərdə yol nəqliyyat hadisəsi baş verib.

Son.az unikal.org-a istinadən bildirir ki, qırmızı işıqda avtomobilləri vuran sürücü qəzanın xərclərini "necə ödəyəcəyəm?!" deyə qışqırmağa başlayıb.

Bundan sonra o, yolun ortasında silahını çıxardaraq atəş açmağa başlayıb. İnsanlar onu sakitləşdirməyə çalışsalar da, sürücü onlara silahla hücum edib. Daha sonra əsəbi şəxs silahla başından vuraraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.