"Macar şirkətləri Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilər"


Siyasət 10 Mar 2021 13:41:00 114 0

"Macar şirkətləri Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilər"

Macarıstanın yol tikintisi ilə məşğul olan şirkətləri var. Azərbaycan Prezidenti ağıllı şəhər və kəndlərin tikilməsi barədə danışdı. Macarıstan şirkətləri ağıllı şəhər tikintisində iştirak edə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

P.Siyarto bildirib ki, işğaldan azad edilən ərazilərdə su idarəetməsi böyük əhəmiyyət kəsb edir və bu sahədə Macarıstanın təcrübəsi var:

"Eyni zamanda heyvandarlıq sahəsində təcrübəsi olan şirkətlərimiz var. Bu şirkətlər Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilərlər".