Rəsmi Unbox and Discover mərasimində Samsung 2021ci ilin televizor və displey modellərini təqdim etdi


Digərləri 10 Mar 2021 10:15:00 128 0

Rəsmi Unbox and Discover mərasimində Samsung 2021ci ilin televizor və displey modellərini təqdim etdi

Samsung Electronics 3 Mart tarixində Seulda yer almış, Unbox & Discover virtual tədbirində 2021-ci ilin MICRO LED TV, Samsung Neo QLED TV, İnteryer Cihazlarını, Displey və Soundbarlarını təqdim etmişdir. Son bir ildə insanların evdə daha çox vaxt keçirdiyi şəraitdə, Samsung-un yeni texnologiyaları daha səmərəli işləməyə, ünsiyyət qurmağa və asudə vaxt keçirməyə imkan yaradır.

Buna misal olaraq, üstün parlaqlıq, dolğun qara rənglər və yüksək təsvir keyfiyyəti ilə MICRO LED texnologiyası əla məzmun seyr etmə təcrübəsi təqdim edir. Belə ki, neoorqanik LED-lər rəng solmasının qarşısını alır və cihazın bütün istismar müddəti boyunca yüksək parlaqlıq təmin edir. Həmçinin, MICRO LED texnologiyası dörd ekranı birində birləşdirməyə imkan yaradır. 4Vue (Quad View) ilə istifadəçilər eyni anda dörd ayrı-ayrı mənbədən məzmuna baxa bilərlər - buna misal olaraq, eyni ekranda bir neçə idman yarışı və ya oyun zamanı tövsiyələri incələyə bilərsiniz.

Televizordan çox zaman öz boş vaxtımızda istifadə etdiyimizdən Samsung, hər növ məzmun üçün ən yaxşı izləmə təcrübəsi təqdim edən Samsung Neo QLED TV məhsul seriyasını yaratmışdır. Bunun üçün şirkət xüsusi Neo Quantum prosessorundan və yeni Quantum Mini LED-lərindən istifadə edir. Quantum Mini diodlar adi LED-lərdən 40 dəfə az yer tutur və daha dəqiq işıq nəzarətini təmin edir. Daha dərin qara rəngin ötürülməsi, parlaq arxa işıqlandırma və Samsung TV tarixindəki ən ağıllı miqyaslaşdırma texnologiyası sayəsində Neo QLED, seyr etdiyiniz məzmundan asılı olmayaraq, maksimal dərəcədə realistik görüntü təqdim edir.

Həmçinin Samsung Neo QLED  oyunlar üçün bir sıra xüsusi funksiya təklif edir. Belə ki, Neo QLED və QLED 2021 məhsul xəttinin optimallaşdırılmış oyun performansını təqdim etməsi üçün Samsung AMD ilə birgə, Freesync Premium Pro və HDR oyun konsolunu dəstəkləyən televizor tərtib etmişdir. İdman həvəskarları üçün isə Samsung Neo QLED, məşqlər və sağlam həyat üçün nəzərdə tutulmuş digər kontenti özündə birləşdirən,  Samsung Health platforması ilə təchiz edilmişdir.  2021-ci ildə isə platformaya Smart Trainer aləti di əlavə edilmişdir.

Mərasimdə təqdim olunan modellər arasında həm də sənət əsərinə çevrilmə qabiliyyətinə malik olan  The Frame interyer televizorunu qeyd etmək olar. Art Store mağazasının NAVA Contemporary və Etsy kimi yeni tərəfdaşları sayəsində The Frame, müxtəlif zövqə uyğun, orijinal rəsm əsərləri təqdim edir. Həmçinin  bu il, televizorun Slim Fit divar montajı, beş yeni fərqli çərçivə və qıraq istehsalçıların təqdim etdiyi digər aksessuarlar kimi müxtəlif komplektasiyası mövcuddur. Qeyd etmək lazıdır ki, televizorun zahiri görünüşündə də vacib dəyişikliklər həyata keçirilərək, məhsul xəttinin ən kiçin təmsilçisi təqdim edilmişdir. Belə ki, indi sözü gedən cihazın qalınlığı 24.9 mm təşkil edərək, adi foto şəkil çərçivəsi ölçüsünə yaxınlaşdırılmışdır.

Kinoya getmək üçün darıxanlar üçün isə ideal həll, sənayenin ilk 4K icazəli kompakt üçlü lazer proyektoru olan  Premiere ola bilər.  Ənənəvi şüa proyektorları daha çox həcmli və qurulması çətin olub, böyük ekranda belə, icazələri adi televizor görüntüsündən aşağı keyfiyyətdə təqdim olunurdu. The Premiere-də isə belə hallar müşahidə olunmur.  Həmçinin, parça ilə işlənmiş Samsung proyektorunun minimalist və yuvarlaq dizaynı istənilən interyerə mükəmməl əlavədir.

Evdən işləmək və təhsil almaq üçün isə, üzərində asanlıqla mətn yaza, şəkil çəkə və məlumat redaktə edə biləcəyiniz, Samsung FLIP adlanan 75" rəqəmsal flipchart ideal seçimdir. Flip, sinifdə, ofisdə və evdə müvəffəqiyyət qazanmaq üçün müxtəlif funksiyalar təqdim edir. Optimallaşdırılmış 4K şəkil keyfiyyəti və oxunması asan vizual effektlər sayəsində, 20 nəfərlik qrup, eyni zamanda məzmunu real vaxtda bölüşmək üçün fərdi cihazlarını flipchart ilə sinxronizasiya edə bilər.

Həmçinin, Samsung tədbirdə televizorun və displeyin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirmiş, Smart Monitor adlanan ilk universal monitoru təqdim etmişdir. Sözü monitor  Wi-Fi, Bluetooth, Wireless DeX və Apple AirPlay 2 qoşulmalarını dəstəkləyərək, sahiblərinə kompüterdən istifadə etmədən istənilən yerdən işləməyə imkan yaradır.  Əlavə olaraq, mərasimdə Odyssey G9 oyun monitorunun təkmilləşdirilmiş modeli təqdim edilmişdir. Belə ki, 1000R ekran əyriliyi, Quantum MiniLED görüntüləmə texnologiyası ilə birləşərək istifadəçiyə bənzərsiz seyr təcrübəsi qazandırır. Yeni G9 Samsung-un "bükük" və "düz" Odyssey  oyun monitorları ailəsinə qoşulmuşdur.

Qeyd etmək lazımdır ki, Samsung televizorları quraşdırılmış kiçik dinamiklərlə də belə inanılmaz səs məzmunu təklif edir, lakin şirkətin istehsal etdiyi səs ucaldanlar ilə bu təcrübə mükəmməlliyə çatdırılır. 2021 Q Series seriyalı səs panelləri məhsul xətti, genişləndirilmiş 3D səsin təmin olunması üçün, audio məzmunu Samsung TV ilə sinxronlaşdıran xüsusi Q-Symphony texnologiyasına malikdir. Soundbar hətta ətraf mühiti təhlil edərək, səsi tələb olunan yerə yönəltməyi bacarır.