Çətin mövzular qəbul imtahanı proqramından çıxarılıb DİM


Digərləri 10 Mar 2021 10:16:00 123 0

Çətin mövzular qəbul imtahanı proqramından çıxarılıb  DİM

2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramından müəyyən mövzular çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

X.Xanlarzadə qeyd edib ki, çətin hesab edilən və mənimsəmə səviyyəsi aşağı ola bilən mövzular qəbul imtahanı proqramına daxil edilməyib.

O, artıq "Abituriyent" jurnalının 1 saylı buraxılışında qəbul imtahanı proqramının verildiyini də söyləyib:

"Onlayn tədrislə əlaqədar müəyyən mövzuların mənimsəmə səviyyəsi daha aşağı ola bilər. Elə mövzular var ki, onlar çətin hesab olunur. Həmin məvzular qəbul imtahanı proqramından çıxarılıb".X.Xanlarzadə qeyd edib ki, çətin hesab edilən və mənimsəmə səviyyəsi aşağı ola bilən mövzular qəbul imtahanı proqramından çıxarılıb.

Abituriyent jurnalının 1 saylı buraxılışında qəbul imtahanı proqramı verilib.İmtahan proqramında müəyyən mövzular ola bilər ki, onlayn tədrislə əlaqədar mənimsəmə səviyyəsi daha aşağı olsun . elə mövzular var ki, onlar çətin hesab olunur. Həmin məvzular qəbul imtahanı proqramından çıxarılıb.