Azərbaycanda dəhşət: sevgilisinin ailəsi gənci yandırdı


Kriminal 10 Mar 2021 10:19:00 144 0

Azərbaycanda dəhşət: sevgilisinin ailəsi gənci yandırdı

Bərdədə gənc oğlan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Oğlanın anası iddia edib ki, oğlunu bu hala salan onun sevdiyi qızın qohumlarıdır. Ananın sözlərinə görə, oğlanı Bakıdan çağırtdıran şəxs ailə üzvləri ilə birlikdə onu yandırıb. Hüquq mühafizə orqanları hadisəni araşdırır.                   

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə yanar maye tökülərək yandırılıb. İddiaya görə, bu hərəkət Əliəhəd  Eyvazova qarşı sevdiyi qızın ailəsi tərəfindən edilib.

Əliəhəd  Eyvazovun anası Sevil Eyvazova bildirib ki, martın 7-də Bərdə rayon sakini, həkim Natiq Məmmədov Əliəhədə zəng edərək onu Bərdəyə çağırıb.

Sevil Eyvazovun iddiasına görə, orada Natiq Məmmədov və qardaşı oğlu Orxan Əliəhədin qollarını tutub, qızı isə "butulka"dan yanar maye tökərək onu yandırıb:

Ağır yanıq xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Əliəhəd Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. Oğlanla qızın arasında yaş fərqi də olub. Oğlanın 24, qızın 33 yaşı var.