"BioNTech" və "Pfizer" 3 milyard dozaya yaxın peyvəndi istehsal etmək niyyətindədir


Dünya 10 Mar 2021 09:38:00 126 0

"BioNTech" və "Pfizer" 3 milyard dozaya yaxın peyvəndi istehsal etmək niyyətindədir

Almaniyanın "BioNTech" Amerikalı tərəfdaşı "Pfizer" ilə birlikdə 2022-ci ildə 3 milyard dozaya yaxın koronavirusa qarşı peyvəndinin istifadəyə buraxılması üçün istehsal gücünü artırmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg TV"-yə müsahibəsində "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin bildirib.

Şirkət rəhbəri qeyd edib ki, buraxılan dərmanların sayı tələbat və əlavə peyvənd kampaniyalarına ehtiyacdan asılı olacaqdır.

U.Şahin əlavə edib ki, "BioNTech" və "Pfizer" konsorsiumu artıq ümumilikdə 1,3 milyard peyvənd tədarükü üçün müqavilələr imzaladı.