138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib


Digərləri 09 Mar 2021 16:03:00 94 0

138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib.

Onun sözlərinə görə, inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib:

"Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb".