NASA Aya ilk qadın astronavtını göndərəcək


Dünya 09 Mar 2021 16:41:00 126 0

NASA Aya ilk qadın astronavtını göndərəcək

ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) yaxın on ilə Aya ilk qadın astronavtı göndərməyi planlaşdırır.

Onun kimliyi, hələ ki, məlum deyil. Son astronavt 1972-ci ilin dekabrında Ayda olub. Təxminən yarım əsr sonra NASA insanları yenidən aya qaytarmağı planlaşdırır.

Son.az unikal.org-a istinadən bildirir ki, yeni proqram Apollonun mifik əkiz bacısının şərəfinə "Artemis" adlandırılıb.

NASA-nın Aya ilk qadın astronavtı göndərməyi barədə məlumatı İdarənin Space Launch direktoru Charlie Blackwell-Thompson da təsdiqləyib.

Qeyd edək ki, bugünədək Artemis proqramının icrası, xərclərin çox olmasına görə təxirə salınıb.