"Ayrılmamışam, amma yalnız yaşayıram"


Şou-biznes 09 Mar 2021 16:46:00 126 0

"Ayrılmamışam, amma yalnız yaşayıram"

ABŞ-dan Azərbaycana qayıdan müğənni İlhamə Qasımova boşanma barədə açıqlamasını təkzib edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl həyat yoldaşından ayrıldığını bildirsə də, "Hər şey var" proqramında səsləndirdiyi fikirləri yalanlayıb.

İlhamənin sözlərinə görə, sözügedən şəxs onu səhnədən, eləcə də Azərbaycandan uzaq salıb: "Bu gün tək yaşamağımın səbəbi boşanmağım deyil. Ayrılmamışam, amma yalnız yaşayıram. Tapmaca kimi bir şeydir. Bunun o şəxsə heç bir aidiyyatı yoxdur. O, səhnədən, Azərbaycandan uzaq qalmağıma səbəb oldu. Bu, böyük bir faciə idi".

Bundan əlavə, ifaçı haqqında yayılan şayiələrə də aydınlıq gətirib:

"25 ildir ana olmaq istəyirəm. Allahın işidir, qismət olsa, övladım dünyaya gələcək. Şayiə yaydılar, hərə bir söz yazdı ki, guya bir oğlum var. Hətta üzümə dedilər ki, uşaqların böyükdür? Hansı uşaqlar? Bu şeylər insana təsir edir. Övladım yoxdur, ancaq çox istəyirəm".