Müharibə əlilləri üçün ponsianata gedən qaza "şərik çıxdılar"


Digərləri 09 Mar 2021 16:27:30 102 0

Müharibə əlilləri üçün ponsianata gedən qaza "şərik çıxdılar"

"Azəriqaz" İstehsalat Birliyi təbii qazdan qeyri-qanuni istifadə hallarının və qaz sızmalarının aşkarlanması ilə əlaqədar mütəmadi tədbirlərini davam etdirir.

Birlikdən Son.az-a bildirilib ki, bu işdə "Təmiz Qaz" QSC-nin də xidmətlərindən istifadə olunur. Elə bu gün adı çəkilən təşkilatla birlikdə aparılan yoxlamalar zamanı Sabunçu rayonu, "Maştağa-2" qaz paylayıcı stansiyadan qidalanan 2 qaz xəttində 3 yerdə təbii qazdan qeyri-qanuni istifadə faktları aşkarlanıb.

Acınacaqlısı odur ki, qaz xətlərinə qeyri-qanuni müdaxilə etməklə Müharibə və əmək əlilləri üçün ponsianatın normal rejimdə qaz almasına maneçilik yaradıblar. Birliyin Bakı Regional Qazın Satışı Departamenti aşkarlanan hallarla bağlı müvafiq prosedurların icrasını nəzarətə götürüb.

Qeyri-qanuni xətlərin ləğv edilməsi zamanı Müharibə və əmək əlilləri üçün ponsianatın qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.

Qeyd edək ki, təmir müddətində həmin xətdən qaz alan bir qrup abonentin də qaz təchizatında fasilə olacaq. Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.