"Hicabdan əvvəl günə 500 manat qazanırdım"


Şou-biznes 09 Mar 2021 15:02:00 127 0

"Hicabdan əvvəl günə 500 manat qazanırdım"

Hicaba gəlməzdən əvvəl hər günüm 500 manat idi. Hər gün şou-proqramdan qazanırdım. Həftənin 7 günü işim olurdu.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Hüseynova bacıları" proqramında deyib. Sənətçi hicaba gəlməsindən və ünvanına deyilən tənqidlərdən danışıb:

"Bunu heç vaxt danışmamışam. Mənim gəlirimin eynisini qazanan heç kim hicab bağlayıb, ondan imtina etməzdi. Üç il oxumadım. Müğənniyəm, hicabı fərqli taxıram. Papaq taxıram, çünki xoşum gəlir. Əvvəl hicab bağlayanlar at çapırdı. İndi mənə irad bildirənlər at çapsın. Niyə mobil telefondan istifadə edir, avtomobilə minirlər? Hər şeyi məndə görmək istəyirlər. Hicabı məndən yox, Fatimeyi Zəhradan öyrənin.

Məndə səhv axtaranlar mənim atdığım addımın 1 faizini atsınlar. Özlərində səhvləri görsünlər. 11 ildir ailəliyəm, səhv addımım olsaydı, ayrılardım. Həyatım o qədər kədərlidir. Niyə mənim yerimdə olmaq istəyirlər, paxıllıq edirlər ki".