Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun


Digərləri 09 Mar 2021 15:19:00 91 0

Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Hesabatda bildirilir ki, ötən dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində qəzalı vəziyyətə düşmüş, lakin müxtəlif səbəblərdən bərpa edilməyən evlərin müəyyən edilməsi üçün səlahiyyətli komissiyaların işinin təşkil edilsin və bu məqsədlə zəruri maliyyə vəsait ayrılsın.

Hesabatda edilən digər tövsiyə bundan ibarətdir ki, ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını və onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli, Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları"nın 4.3.2-ci yarımbəndinin (sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılması;