Üzərinə dəmir düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Kriminal 09 Mar 2021 14:41:00 56 0
Martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında 1 nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu xəbəri də oxu: Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Nəsimi Rayon Prokurorluğundan Son.az-a verilən məluumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə əraz

Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli i

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin idar

Rusiyada fastfud reklamlarının məhdudlaşdırılması təklif olunub.

8 mart şəhidlərimizin yaxınları olan xanımlar üçün həm çətin, həm d

Bu gün "Aİ BiznesMühiti Hesabatı 2020" sənədinin təqdimatı ke

Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı Milli Məclisə daxil olub.

Yerevanda bir qrup sakin Ermənistan Prezidenti Armen Sarkisyanın iqamətgahı

Bu günə qədər Naftalan şəhərində 1000-dən artıq şəxs vaksinasiya pro

Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər.

Polis olmağın daşını atıb əxlaqsızlığa başalayan qadın ölkəsində

Hadisələr göstərir ki, Ermənistanda proseslər çox tez cərəyan edir.
