Toyda dəhşət yaşandı


Dünya 09 Mar 2021 13:55:42 107 0

Toyda dəhşət yaşandı

Hindistanda toy günü faciə baş verib. Roz adlı gəlin həyatını itirib.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə dini ayin zamanı baş verib. Məlumata görə, gəlinin çox ağladığına görə, səhhəti pisləşib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Hindistanda inanca görə, toy günü gəlinin dəyərli olduğunu nümayiş etdirmək məqsədilə ayin keçirilir. Ayin zamanı xanımlar uzun müddət ağlayır.

Həyatını itirən gəlinin yaxınları bildirib ki, Roz bir müddət əvvəl atasını itirib. Buna görə də, o, çətin günlər yaşayıb. Toy günü təşkil edilən ayin isə ona pis təsir edib. Əlavə edək ki, Hindistanda pandemiya qadağalarına baxmayaraq, toylar keçirilir.