Bakıda daha bir qəza:


Digərləri 07 Mar 2021 11:00:00 106 0

Bakıda daha bir qəza:

Bakının Nizami rayonunda orta yaşlı kişi avtoqəza zamanı xəsarət alıb.

Son.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun "Koroğlu" stansiyasının qarşısında baş verib.

1982-ci il təvəllüdlü Məmmədov Mehrab Polad oğlu Heydər Əliyev prospektində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib. Həmin vaxt onu avtomobil vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.