Günün qoroskopu: Situasiyada dəyişikliklər olacaq


Digərləri 07 Mar 2021 00:01:00 166 0

Günün qoroskopu: Situasiyada dəyişikliklər olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə, prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu aydınlaşdırmağa imkan verəcək.

Günün ikinci yarısında seçimdə yanılmayın. Diaqnostika, müayinə, profilaktiki tədbirlərə başlamaq üçün yaxşı zamandır. Pəhrizi unutmayın.

Şəxsi münasibətlərdə qayğıkeş olun. Yardımlarınızı əsirgəməyin. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.

Buğa - istədiyiniz yox, vacib olan işlə məşğul olun. Fəaliyyət müstəvisində qayda yaradın. Yaxınlarınızın tapşırıq və xahişlərini yerinə yetirin. Belədə münasibətlərin ümumi fonu yaxşılaşar. Sizə yardım etmək istəyən insan var.

Günün ikinci yarısında əlavə gəlir və ya hədiyyə ola bilər. İrəliləyiş üçün fəallaşmağa ehtiyac duyulur. Yaxınlarınızı qayğı, diqqətlə sevindirin.

Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Əkizlər - ən kiçik, ilk baxışdan önəmsiz təsir bağışlayan hadisələrdə diqqətli davranın. Təfərrüatları nəzərdən qaçırmayın. Ev işlərini bitirməyə, məişət qayğılarını nizamlamağa vaxt ayırın.

Günün ikinci yarısında ideyalarınızı və ya yeni fikirlərinizi tərəfdaşlarla paylaşa bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. Axşam saatlarında romantikaya qapılmayın, praqmat olun. Dostlarla təmaslarda rasionallığa üstünlük verin.

İllüziyalara qapılaraq kobud səhvə yol verməyin.

Xərçəng - işlərinizi rasionallaşdırın. Məntiqlə davranın, qərarlarınızın ağıllı olmasına can atın. Detalları saf-çürük edin. Aldığınız məlumatı təhlilə uğradın. Yalnız bundan sonra yeni məqsədləri müəyyənləşdirmək olar.

Alış-verişə yollanmaq olar.

Günün ikinci yarısında təmasların sakit, konstruktiv olması gərəkdir. Münasibətlərdə harmoniyaya can atın.

Axşam saatlarında normal istirahət edin.

Şir - işlərinizdə səhman yaradın, başlanmış prosesləri səhmana salın. Təsərrüfatda gərəkli məhsulları alın.

Heç bir işdən çəkinməyin. Yaxın gələcəklə bağlı planlarınızı müzakirə edin, danışıqlar aparın. Yaxınlarınızla məsləhətləşə bilərsiniz. Praktiki mənaya malik ideyalar istisna deyil.

Axşam saatlarında səhhətinizin qeydinə qalın, normal istirahət edin. Stressdən qurtulmağa çalışın.

Qız - təşkilatçı olun, problemlərin çözümündə liderlik edin. Səlahiyyətləriniz arta bilər. Əlavə işlər və tapşırıqlar olacaq. Bununla belə, az işləyib çox qazanmağın yollarını düşünün.

Özünüzə və başqalarına qarşı iradlarınız artmasın.