Hər gün 30 qram kərə yağı yeməlisiz


Digərləri 06 Mar 2021 23:15:00 158 0

Hər gün 30 qram kərə yağı yeməlisiz

Bir zamanlar qıtlıq illərində həkimlər, dietoloqlar kərə yağını az qala sağlamlığın düşməni elan edib, insanları inandırırdılar ki, problemlərin səbəbkarı kərə yağıdır.

Duru yağı, ucuz bitki yağı, marqarin daha yaxşıdır. İndi isə əksinə deyirlər: kərə yağı lazımdır, vacibdir, indi də yaxşı, təmiz kərə yağı tapılmır.

Normaya görə insan sutkalıq 30qr kərə yağı almalıdır.

Son.az medicina.az-a istinadən hər gün kərə yağı yeməyin faydalarını təqdim edir.

-Yanlış olaraq deyirlər ki, kərə yağı xolesterini artırır, damarları tutur. Amma kərə yağı pis xolesterinlə yanaşı yaxşı xolesterini də artırır, bu da damarlardan, qandan zərərli xolesterini qovmaq üçün vacibdir.

- Dırnaqlar, saç, dəri sağlamlığı üçün - Omeqa 3-6, A, E, D vitaminləri kərə yağındadır.

- Ürək-damar sistemi üçün - damarlarda xolesterin tıxaclarının qarşısını alır. Damarları tonusda saxlayır.

- Mədə-bağırsaq sistemi üçün - kərə yağında olan qlikosfinqolipidlər bağırsaqları infeksiyalardan qoruyur. İltihabı götürür, qastrit əmələ gəlməsinə qoymur