Polşada sərnişin avtobusu qəzaya uğrayıb:


Dünya 06 Mar 2021 23:19:00 137 0

Polşada sərnişin avtobusu qəzaya uğrayıb:

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.