Malqaranın daşınması zamanı zəruri qaydalar


Digərləri 06 Mar 2021 23:10:00 155 0

Malqaranın daşınması zamanı zəruri qaydalar

Kəsimə aparılan heyvan düzgün daşınmalıdır. Yalnız sağlam heyvanlar kəsimə aparıla bilər. Mal-qaranın daşınması zamanı zəruri qaydalar: - Heyvanlar kəsim məntəqələrinə sürü ilə, xüsusi vaqonlarla, su və avtomobil nəqliyyatı ilə daşına bilər - Heyvanlar dezinfeksiya olunmuş nəqliyyat vasitələri ilə daşınmalıdır - Sağlamlığı təsdiq edən baytarlıq şəhadətnaməsi olmadan heyvanlar daşınmamalıdır - Heyvanlar daşınarkən coğrafi-iqlim şəraiti nəzərə alınmalıdır - Daşınma müddəti itkinin yaranmasına təsir edir - Uzaq məsafəyə heyvan daşınması zamanı yemləmə-sulama, istirahət təmin edilməlidir - Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır - Baytarlıq preparatları tətbiq olunmuş heyvan təlimatdakı müddət bitdikdən sonra kəsim üçün daşınmalıdır - Heyvanın kəsimxanaya qəbulu baytarlıq şəhadətnaməsinə uyğun aparılmalıdır Kəsim heyvanların rifahı qorunmaqla həyata keçirilməlidir.