Türkiyədə COVID19la bağlı son vəziyyət açıqlanıb


Dünya 06 Mar 2021 21:13:00 112 0

Türkiyədə COVID19la bağlı son vəziyyət açıqlanıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə "covid19.saglik.gov.tr" portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 770 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7291, ağır xəstələr isə 1230 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 769 230 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 616 139 nəfər sağalıb, 28 965 nəfər isə həyatını itirib.