Kişi kürəkəninin qətlini sifariş verdi


Dünya 06 Mar 2021 20:08:00 166 0

Kişi kürəkəninin qətlini sifariş verdi

Moskvada kişi 43  kürəkəninin oğurlanmasını və qətlini sifariş verib.

Bu barədə "Moskovskiy komsomolets" xəbər yayıb.

Nəşrin məlumatına görə, dörd nəfər naməlum şəxs kişini evinin yanında tutub döyüblər, elektroşokerlə vurublar, sonra avtomobilə basıb aparıblar.

Bundan sonra o, Krasnoqorsk şəhərinə aparılıb, orada da güllələnib.

İstintaqın məlumatına görə, qətlin sifarişçisi qayınata olub. Artıq o və sifarişin iki icraçısı saxlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır, istintaq davam edir.