"Fatimə başıma oyun açıb" VİDEO


Şou-biznes 06 Mar 2021 18:37:00 142 0

"Fatimə başıma oyun açıb"  VİDEO

Müğənni Aslan Hüseynov rəqqasə Fatimə Fətəliyeva haqda etiraflar edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Bişmiş" verilişində Fatimənin ünvanına tənqidlər səsləndirib:

"Fatimə başıma oyun açıb. Neçə il əvvəl Hindistana getdik. Məni ac aparıb, ac gətirdi. Orada yeməkləri yeyə bilmirdim. Fatimə də Bakıdan bir çanta yemək, kolbasa, çörək belə aparıb. Girdim otağına ki, yeyir.

Simic qızdır. Bağına qonaq getdim. Camaatın bağına gedəndə kabab bişirirlər. Bu da gətirib 3 gündən qalmış borş verdi. Fatimənin əli heç vaxt aşağı olmur. İşgüzar xanımdır. Bu yaxınlarda mənə pizza və başqa yeməklər göndərdi. Düşündüm ki, dost kimi göndərib, yedim və şəklin çəkib paylaşmadım. Zəng etdi ki, burnundan gəlsin, niyə paylaşmırsan?"