Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb


Dünya 06 Mar 2021 17:56:00 112 0

Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 4,31 milyonu keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 11 022 nəfər virusa yoluxub, 441 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 312 181 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 88 726 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 900 348 şəxs virusdan sağalıb, 323 107 nəfərin müalicəsi isə davam edir.