"Ermənilər belə səhv etsə, bu, onlara baha başa gələr"


Siyasət 06 Mar 2021 16:03:00 149 0

"Ermənilər belə səhv etsə, bu, onlara baha başa gələr"

Qarabağda hərəkətlilik var kimi görünür, biz də bunu yaxından izləyirik. Ermənilər tərəfindən hansısa səhv addım atılarsa, bu, onlara baha başa gələr. 

Son.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3+3 formatı ilə bağlı təklifinə ermənilərin razılıq verməsi lazımdır:

"Bu, bölgənin inkişafı və təhlükəsizliyi üçün əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması vacibdir. Hər kəs bundan faydalanacaq".

Sabiq səfir onu da qeyd edib ki, 10 Noyabr sazişindən sonra Ermənistanda vəziyyət pisləşib: "Sazişdən 4 ay keçsə də, yenə hər gün Ermənistanda bir olay yaşanır. Biz bölgədə barış, sülh olsun istəyirik".