Şəhidimizin övladı dünyaya gəldi, atasının adı verildi FOTO


Digərləri 06 Mar 2021 15:33:00 128 0

Şəhidimizin övladı dünyaya gəldi, atasının adı verildi  FOTO

İsmayıllı rayonundan olan Vətən Müharibəsinin döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin martın 3-də oğlu dünyaya gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin adı onun yeganə yadigarı olan övladına verilib.

Bu gün doğum evindən evə yola salınan şəhidin ailəsini xəstəxana qarşısında rayon rəhbərliyi və "Yaşat" Fondunun əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonunun Aşağıbaş kəndində anadan olub. O, Vətən Müharibəsində Xüsusi Təyinatlı Dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 3 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.