"Böyük faciə yaşadım"


Şou-biznes 06 Mar 2021 14:42:00 122 0

"Böyük faciə yaşadım"

"Nə boşanmaq, nə başqa məsələdir. Fərqli mövzudur, ona toxunmaq istəmirəm. Tək mənə aid olan məsələ deyil. Qarşı tərəfin də ailəsinə aid olan bir şeydir, istəmirəm açıqlayım".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi boşanması haqda sualları cavablandırıb. İlhamə uzun müddət Amerikada yaşaması məsələsinə də toxunub:

"Tək yaşayıram, şəxsi həyata aiddiyatı yoxdur. Buradan və səhnədən uzaq qalmağıma səbəb bu oldu. Böyük faciə yaşadım. Belə şeylərlə gündəmə gəlmək istəmirəm. İnsanlar bilmədən səhv, qəzəbli qərar verirlər. 25 ildir ana olmaq istəyirəm, Allahın işidir. Şayiələr yazıldı, guya bir oğlum, böyük qızım var. Hamı soruşurdu, mənə təsir edirdi. Övladım yoxdur, çox istəyirəm olsun".