Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Siyasət 06 Mar 2021 09:32:00 122 0
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Son.az Trend-ə istinadən bildirir ki, iclasda yeni müraciətlərə baxılacaq.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
Mənbə: milli.az