Anar Kərimov Atatürkün məzarı başında FOTO


Kriminal 02 Mar 2021 11:12:00 123 0

Anar Kərimov Atatürkün məzarı başında  FOTO

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Martın 1-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıt qəbri ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, Anıt qəbrin önünə əklil qoyulub, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub.

Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib.