Zakir Həsənov Andrey Ravkov ilə görüşüb


Siyasət 01 Mar 2021 19:10:00 74 0

Zakir Həsənov Andrey Ravkov ilə görüşüb

Martın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.

Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik like
  • 01 Mar 19:09  
Digərləri Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik

Azad olunmuş ərazilərdə bal ənənələrini bərpa edib arıçılğı sürə

arrow Ətraflı
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır  FOTO like
  • 01 Mar 19:07  
Siyasət Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır FOTO

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız j

arrow Ətraflı
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb like
  • 01 Mar 19:04  
Digərləri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2021-ci ilin yanvarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 215

arrow Ətraflı
Finlandiyada fövqəladə vəziyyət elan olundu like
  • 01 Mar 18:54  
Dünya Finlandiyada fövqəladə vəziyyət elan olundu

Finlandiya hökumıəti koronavirus pandemiyası ilə əlaqədar ölkədə yenid

arrow Ətraflı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub like
  • 01 Mar 18:49  
Digərləri Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Az

arrow Ətraflı
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb  FOTO like
  • 01 Mar 18:46  
Siyasət Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb FOTO

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdə

arrow Ətraflı
Afrikada koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır like
  • 01 Mar 18:44  
Dünya Afrikada koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır

Afrika qitəsində koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır.

arrow Ətraflı
Serialdan uzaqlaşdırıldığı üçün xəstəxanaya düşüb like
  • 01 Mar 18:34  
Şou-biznes Serialdan uzaqlaşdırıldığı üçün xəstəxanaya düşüb

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemin səbəbini a

arrow Ətraflı
"Pulum olsaydı bahalı paltarlar geyinərdim" like
  • 01 Mar 18:24  
Şou-biznes "Pulum olsaydı bahalı paltarlar geyinərdim"

Əməkdar artist Elnarə Abdullayeva geyimlərindən danışıb.

arrow Ətraflı
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb like
  • 01 Mar 18:23  
Digərləri Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

Milli Məclisin deputatlarının koronavirusa qarşı peyvəndləmə prosesinin

arrow Ətraflı
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib like
  • 01 Mar 18:15  
Kriminal Bakıda 22 yaşlı oğlan qətlə yetirilib

Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi

arrow Ətraflı
İranda koronavirusdan gündəlik ölüm sayı artıb like
  • 01 Mar 18:09  
Dünya İranda koronavirusdan gündəlik ölüm sayı artıb

İranda ötən sutka ərzində 108 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı