Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb FOTO
Siyasət 01 Mar 2021 18:46:00 58 0
Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər. Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.
Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.
Görüşdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.
Afrika qitəsində koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş jurnalist

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemin səbəbini a

Əməkdar artist Elnarə Abdullayeva geyimlərindən danışıb.

Milli Məclisin deputatlarının koronavirusa qarşı peyvəndləmə prosesinin

Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı rəqqasə O

İranda ötən sutka ərzində 108 nəfər koronavirusdan (COVID-19) ölüb.

Emənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq Azərbaycana qarşı

Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğuda artıq min

1988-ci ildə fevralın 28-də Sumqayıt şəhərində cinayətkar qrupların t

Yerevanda Ermənistan baş naziri Nikol Paşinyanın tərəfdarları mərkəzi R

Çində qida axtarmaq üçün dağdan enən qızıl meymunlar yolu bağlayıb.

AMEA Tarix institutunun Elmi Şurasının iclası keçirilib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respubl
