"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"


Siyasət 01 Mar 2021 17:24:00 65 0

"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"

"Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına hər gün müsahibələr verdiyinin, Azərbaycanın haqlı mövqeyini dünyaya necə böyük məharətlə qəbul etdirdiyinin şahidi olduq. Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli, bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirərək, onlara tarix, beynəlxalq hüquq dərsi keçirdi. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında isə dünya Azərbaycan həqiqətlərini artıq birbaşa qalib ölkənin Birinci şəxsinin dilindən eşitmiş oldu. 4 saat ərzində, 4 xarici dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandıran Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə mövqeylərini daha da gücləndirdi."

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, əslində bu mətbuat konfransı həm də Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu. Digər tərəfdən isə AHİK sədrinin sözlərinə görə, xarici jurnalistlər tərəfindən verilən sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı: "Prezident İlham Əliyevin keçirdiyi bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair suallar üstünlük təşkil edirdi. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Azərbaycan Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən bu məqama tam aydınlıq gətirməklə ölkəmizin mövqeylərini daha da möhkəmləndirmiş və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğulamışdır. Yeri gəlmişkən, bir çox xarici jurnalistlərin öz suallarını səsləndirməkdən öncə Prezident İlham Əliyevə etdikləri müraciətlərində ifadə olunan fikirlər onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul etdiklərindən xəbər verirdi."

Daha sonra Səttar Möhbalıyev keçirilən mətbuat konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı: "Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə baş tutması da təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır."

Sonda Səttar Möhbalıyev Rusiyanın "Bolşaya Aziya" mediaholdinqinin təmsilçisi tərəfindən verilən sualı xatırladaraq Azərbaycanın ədalətli mövqeyinin burada da öz yüksək qiymətini aldığını vurğuladı: "Rusiya Silahlı Qüvvələrinin "Zvezda" mediaholdinqini və "Bolşaya Aziya" mediaholdinqini təmsil edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: "Cənab Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi..." Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsil etiraf kimi qəbul edilməlidir. Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin etirafı kimi.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, sonsuz sayda presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq."

Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında  VİDEO like
  • 01 Mar 17:23  
Siyasət Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında VİDEO

26 fevral 2021-ci ildə Prezident İlham Əliyev yerli və xarici media nümay

arrow Ətraflı
İranda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub like
  • 01 Mar 17:21  
Siyasət İranda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onun işğalı beynəlxalq qay

arrow Ətraflı
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb like
  • 01 Mar 17:19  
Digərləri Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb

2021-ci ildə xaricilərin Azərbaycanda bank kartları vasitəsilə xərclədiy

arrow Ətraflı
AQTİdən qidalardakı təhlükəli virusla bağlı like
  • 01 Mar 17:17  
Digərləri AQTİdən qidalardakı təhlükəli virusla bağlı

Təhlükəli qida infeksiyası olan salmonellalar proteolitik xüsusiyyətə mal

arrow Ətraflı
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik like
  • 01 Mar 17:15  
Digərləri Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik

Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müda

arrow Ətraflı
Oksana Rəsulovanın oğlunun görüntüləri  İLK DƏFƏ like
  • 01 Mar 17:14  
Şou-biznes Oksana Rəsulovanın oğlunun görüntüləri İLK DƏFƏ

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı rəqqasə O

arrow Ətraflı
Nikola Sarkozi həbs edildi like
  • 01 Mar 17:13  
Dünya Nikola Sarkozi həbs edildi

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini 3 il müddətin

arrow Ətraflı
Ermənistan prezidenti Paşinyanla görüşdü like
  • 01 Mar 17:11  
Dünya Ermənistan prezidenti Paşinyanla görüşdü

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.

arrow Ətraflı
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub like
  • 01 Mar 17:10  
Digərləri Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub

Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam etdirilir.

arrow Ətraflı
Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı like
  • 01 Mar 17:04  
Digərləri Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yolu

arrow Ətraflı
"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm" like
  • 01 Mar 17:04  
Şou-biznes "Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

"Həmişə Aygün Kazımovaya oxşamaq istəmişəm. Onun kimi davranmaq, d

arrow Ətraflı
Soyqırım günahkarları mühakimə edilənə xocalıların yaraları sağalmaz like
  • 01 Mar 16:54  
Dünya Soyqırım günahkarları mühakimə edilənə xocalıların yaraları sağalmaz

Estoniyanın https://arvamus.postimees.ee xəbər portalında estoniyalı yaz

arrow Ətraflı
12ci mərtəbədən yıxılan qızı kuryer xilas etdi like
  • 01 Mar 16:52  
Dünya 12ci mərtəbədən yıxılan qızı kuryer xilas etdi

12-ci mərtəbədən yıxılan 3 yaşlı qız xoşbəxtlikdən sağ qalıb.

arrow Ətraflı
Məktəb yaxınlığında partlayış baş verib, like
  • 01 Mar 16:48  
Dünya Məktəb yaxınlığında partlayış baş verib,

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda mə

arrow Ətraflı
"Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi" like
  • 01 Mar 16:45  
Siyasət "Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi"

Prezident İlham Əliyev fevralın 26-da beynəlxalq media nümayəndələri ü

arrow Ətraflı