"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"


Şou-biznes 01 Mar 2021 17:04:00 254 0

"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

"Həmişə Aygün Kazımovaya oxşamaq istəmişəm. Onun kimi davranmaq, dəyişik olmaq istəyirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" proqramına açıqlamasında deyib. Sənətçi Xalq artisti Aygün Kazımovaya bənzədildiyini söyləyib:

"Aygün Kazımovanı çox sevirəm. Məni ona çox oxşadırlar. Yalan danışmıram, mənə xoş olub ona bənzədilmək".

Fatimə bir çox sənət adamının özünü ona oxşatmağa çalışdığını iddia edib:

"Kim istəyirsə, mənə özünü oxşatsın. Amma insan həyatda gərək özünü tapsın. Özünü tapmayanın yeri olmayacaq. Kimisə kopyalamaq uzun getmir".

Rəqqasə onu tənqid edənlərə "Məni sevməməklə mənə güc verirsiniz. Daha güclü, pozitiv, enerjili oluram. Güclə özünü bəyəndirmək mümkün deyil" cavabını verib.