Həftəsonu minlərlə tələbə çətinlik çəkdi


Digərləri 01 Mar 2021 16:01:00 118 0

Həftəsonu minlərlə tələbə çətinlik çəkdi

Magistr imtahanı verən bakalavrlar yenə çətinliklə üzləşiblər. İctimai nəqliyyat fəaliyyət göstərmədiyindən imtahana gələn tələbələr yalnız taksi, ya da şəxsi avtomobildən istifadə etməli olublar. Bəzi ərazilərdə isə hətta taksi ilə bağlı problemlər də yaşanıb.

20 minə yaxın bakalavr imtahanda iştirak üçün 50 manat dövlət rüsumu ilə yanaşı həm də taksi pulu ödəməli olublar. Tələbələr imtahan verəcəkləri məktəblərin uzaq ünvanda yerləşməsindən də şikayətlənirlər.

Bəzi ərazilərdə isə taksi tapmaqda çətinlik çəkənlər də olub.

Son.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə "Xəzər xəbər"ə açıqlamasında bildirdi ki, magistrlərin imtahan verəcəyi yer onların faktiki yaşayış yerinə uyğun təyin edilir.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərmir. Əgər həmin gün üçün avtobusların işləməsi barədə qərar verilsə, agentlik bunu təmin edə bilər.