16 hakimin işinə xitam verilib,


Digərləri 01 Mar 2021 15:57:00 120 0

16 hakimin işinə xitam verilib,

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Məhkəmə Hüquq Şurasının iclasında Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.