Emin məşhur şouya “Elvis Presli” kimi qatıldı VİDEO


Digərləri 01 Mar 2021 15:28:00 130 0

Emin məşhur şouya “Elvis Presli” kimi qatıldı  VİDEO

Xalq artisti Emin Ağalarov Rusiyanın Birinci kanalında yayımlanan "Тоç-v-тоç" (Birə bir) proqramının xüsusi qonağı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni-bəstəkar efirdə əfsanəvi ulduz Elvis Preslini yamsılayıb, onun obrazında səhnəyə çıxaraq "My way" mahnısını səsləndirib.

O, sözügedən görüntülərini instaqramda paylaşaraq "Yəqin ki, bu, uzun müddətdən sonra ən çətin və həyəcanverici çıxışlardan biri idi. Dəvət və öz kumirimi canlandırmaq fürsətini verdikləri üçün Birinci kanala və proqram heyətinə təşəkkür edirəm. Bütün iştirakçılara uğurlar arzu edirəm. Etdiyiniz iş möhtəşəmdir, sizə halaldır. Mən bunu dəqiq bacarmazdım", - deyə bildirib.