"Manaf Ağayev bank borcumu ödəməyib"


Şou-biznes 01 Mar 2021 13:21:00 114 0

"Manaf Ağayev bank borcumu ödəməyib"

Hamı banka olan borcumdan bəhs edir. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Heç vicdanınız yoxdur? İnsanın həyatını bilmədən necə müzakirə edirsiniz?

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günel Ələkbərova deyib. Sənətçi kreditlə aldığı evinin ödənişini edə bilmədiyi üçün bankın mənzilini satışa çıxarması məsələsinə aydınlıq gətirib. O, müğənni Manaf Ağayevin onun evinin borcunu ödəməsi söhbətindən danışıb:

"Efirdə də demişəm ki, ehtiyacım yoxdur kimsə borcumu bağlasın. Əlim də, ayağım da var, çalışıb borcumu ödəyəcəm. Bir ildir iş yoxdur, ona görə bu durum yarandı. Yenə işlər başlayacaq, özüm qazanıb ödəyəcəm. Elə dostlarım var ki, istəsəm, borcumu bağlayıb, mənə bir neçə ev də alarlar. Amma buna razılaşmıram. Demişəm ki, mənə verdiyiniz pulu şəhid balalarına, imkanı olanlara verin.

Manaf Ağayevə gəldikdə isə, onun elə deməyi bəsdir. Amma qəbul etmirəm. Hətta Manaf bəy Tolikə zəng edib ki, Günel pulu götürmür. Sənə verim get banka ödə, çeki ver. Dedim ki, yox, olmaz. Niyə mənim borcumu Manaf Ağayev ödəməlidir?"

Günel ev məsələsini ictimailəşdirməsinin səbəbini açıqlayıb: