Azərbaycanın 44 günlük müharibədən sonra


Siyasət 01 Mar 2021 12:18:36 132 0

Azərbaycanın 44 günlük müharibədən sonra

35-dən çox dünyanın nüfuzlu media orqanının 50-dən çox sual ünvanladığı mətbuat konfransında hər jurnalistə onun dilində cavab verən Prezident İlham Əliyev Azərbaycanın informasiya savaşında növbəti qələbəsini rəmiləşdirdi. 44 günlük müharibə dövründə qlobal informasiya arealında uğradığı fiaskodan hələ də özünə gələ bilməyən rəsmi İrəvan növbəti sarsıdıcı zərbəni aldı və tam əminliklə demək olar ki, Ermənistanın, onsuz da, ləngər vuran təbliğat maşını bu dəfə, ümumiyyətə, çökdü və hələ uzun müddət özünə gələ bilməyəcək. 

Ümumilikdə bu tədbir bir neçə aspektdən önəmli və tarixi oldu. Bu müsahibənin ən mühim strateji tərəfi Prezident İlham Əliyevin jurnalistlərlə görüşünün məhz fevralın 26-da Xocalı soyqrımının 29-cu ildönümü gününə təyin edilməsi idi. Daha çox dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və ən əsası Xocalı qətliamının müəlliflərinə mesaj vermək üçün 26 fevral tarixini seçən Prezidentin 4 saatdan çox davam edən müsahibəsinin ana xəttində Xocalı soyqrımı haqqında həqiqətləri bütün dünyanın diqqətinə çatdırmaq və xocalıların yaxın gələcəkdə mütləq öz yurd-yuvasına qayıdacağı mesajı dayanırdı. Dövlət başçısı bildirdi ki, bunun başqa yolu da yoxdur. Dəmir yumruğu artıq müharibə meydanında yox, qlobal informasiya savaşında işə salan Azərbaycan Prezidenti 4 saat çəkən bu mətbuat konfransı ilə bir daha təsdiq etdi ki, Azərbaycan xalqının maraqları etibarlı əllərdədir. 

Azərbaycan Prezidenti mətbuat konfransında Vətən Müharibəsindən sonra xalqda yaranan bir çox suallara böyük miqyasda aydınlıq gətirdi. Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli olan Prezidentin mətbuat konfransında regionda yaranmış son durum, Ermənistanda revanşist qüvvələrin fəallığı, Qarabağda bərpa işlərinin əsas istiqamətləri, regional əməkdaşlıq və kommunikasiyanın bərpası və post müharibə dövrünün digər vacib məsələləri istiqamətində bir çox məsələlərə ətraflı aydınlıq gətirildi. 

Düşmənin müharibə ritorikası, revanşist qüvvələrin qisas çağırışları, guya yeni ordu quruculuğu barədə açıqlamaları narahatlıq doğrusa da, hazırkı reallıqda düşmən ölkənin bunu bacaracaq gücə və orduya sahib olmadığını hər kəs bilir. Prezident İlham Əliyevin də dünyanın önəmli KİV mənsubları qarşısında "Ermənistana yeni reallıqlarla barışmasa, daha ağır vəziyyətə düşəcək" ifadəsi düşmən üçün Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatının yenidən gündəmə gələ biləcək mesajından başqa bir şey deyildi. Ermənistan dövlətinin 30 il müddətində kompromissiz mövqe nümayş etdirərək işğal siyasətindən əl çəkməməsi nəticəsində baş verən hadisələr artıq yeni şərtləri diqtə edir. Bu şərtləri də qalib tərəf kimi Azərbaycan irəli sürür. 

Təhməz Əsədov Son.az