Qubadlıda polis postları FOTO


Digərləri 01 Mar 2021 11:59:00 131 0

Qubadlıda polis postları  FOTO

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.