"Gündəlik 50100 arası şəxs peyvəndləmədən keçir"


Digərləri 01 Mar 2021 11:11:00 133 0

"Gündəlik 50100 arası şəxs peyvəndləmədən keçir"

Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib.

O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bu günə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.