Xocavənddə ermənilərin atıb qaçdığı silahsursat aşkarlandı


Siyasət 01 Mar 2021 11:38:24 114 0

Xocavənddə ermənilərin atıb qaçdığı silahsursat aşkarlandı

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tank əleyhinə idarə olunan raket, 6 ədəd müxtəlif markalı əl qumbaraları, 2 ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyatı üzrə təhvil verilib.