Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək


Digərləri 01 Mar 2021 11:10:00 116 0

Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək

Baharın gəlişi ilə mövcud biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq istəyirsiniz? Bunun üçün maliyyə dəstəyinə ehtiyacınız var? O zaman Bank Respublika Sizinlədir!

Ölkəmizdə real sektoru aktiv dəstəkləyən və sahibkarlığın inkişafına daim öz töhfəsini verən Bank Respublika, şəxsi biznes sahibləri üçün yeni kredit kampaniyasına start verir!

May ayının 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-dək FAİZ ENDİRİMİ əldə edə biləcək! Kreditin maksimal məbləği - 50 000 manat, müddəti isə 36 ay təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində kreditləri 11%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkün olacaq.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.