Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu
Siyasət 01 Mar 2021 10:08:00 131 0
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.
Son.az Trend-ə istinadən bildirir ki, komissiyanın növbəti toplantısının martın 2-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
Mənbə: milli.az